Xəbər lenti

Şəmkirdə dəhşətli qəza: 5 ölü, 10 yaralı
Ölkə06:05 16.06.2014

Şəmkirdə dəhşətli qəza: 5 ölü, 10 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəsarət alanlar arasında jurnalistlər də olub 

Şəmkirdə baş verən yol qəzasında 5 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.

Bu barədə APA-ya hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, xəsarət alanlar arasında jurnalistlər də olub.

Hazırda ölənlərin və yaralananların adları dəqiqləşdirilir.

* * *

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub. “Qafqazinfo”nun məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Qaynar.info