Xəbər lenti

Şəmkirdə domino və nərd oynayanlar həbs edilir
Ölkə09:30 01.05.2015

Şəmkirdə domino və nərd oynayanlar həbs edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkir rayonunun Dəllər qəsəbəsində yeməkxana və çayçılarda, istirahət yerlərində nərd və domino kimi stolüstü  oyunlar qadağan edilib.

Məlum qadağa qəsəbə sakinlərinin böyük narazılığına səbəb olub.Bu barədə “Yeni Müsavat”a qəsəbə sakini Eldar İsmayılov məlumat verib. Onun sözlərinə görə, domino və nərd oynayanlar rayon icra hakimiyyətinin qərarı ilə yerindəcə saxlanılaraq 400 manat cərimə edilir:“Yeni çıxan bu qərar biz qəsəbə sakinlərini çox təəccübləndirdi. Rayon icra hakimiyyətinin müavini Əliyev Qüdrət bu məsələ ilə xüsusi olaraq məşğul olur. Onun göstərişi əsasında sahə müvəkkili qəsəbəni gəzərək istirahət yerlərini ciddi nəzarətdə saxlayır”.

Eldar İsmayılovun sözlərinə görə, adı çəkilən stolüstü oyunların qadağan olunmasının səbəbi haqda  vətəndaşlara məlumat verilmir: “Bilirsiz ki, bu cür stolüstü oyunlar əksəriyyət azərbaycanlıların sevimli məşğuliyyətidir. Daha çox yaşılı insanlar yeməkxana və çayçılarda və yaxud digər istirahət yerlərində domina və nərd oynayaraq istirahət edirlər. Birdən-birə bu qadağanın ortaya çıxması insanlara, xüsusən də  təqaüdçülərə  mənəvi baxımdan çox pis təsir edib. Rayonda öşbaşınalıq baş alıb gedir. İcra hakimiyyəti  sakinlərin mənafeyini nəzərə almadan qərarlar çıxardıb onları incitməkdən sanki həzz alır”.

Qaynar.info