Xəbər lenti

Şəmkirdə eşidilən partlayış səsinin səbəbi açıqlandı
Ölkə08:54 15.11.2021

Şəmkirdə eşidilən partlayış səsinin səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Şəmkir rayonunda partlayış səsləri eşidilib. Rayon sakinləri məlumatsız olduqları üçün narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.
Hazırda Seyfəli poliqonunda Azərbaycan silahlı qüvvələri tərəfindən təlim keçirilir.
Eyni zamanda, poliqonda işğaldan azad edilən ərazilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.
Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.//qafqazinfo.az