
Şəmkir rayonunun Təzəkənd kəndində güclü partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, partlayış nəticəsində ev tamamilə dağılıb. Hadisə nəticəsində evdə kirayə qalan 2 nəfər - ər-arvad ağır yaralanıb.
Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıblar.
Hadisəyə səbəb kimi qaz sızması göstərilir.
Qaynarinfo.Az