Xəbər lenti

Şəmkirdə maşın at arabasını vurdu - 6 nəfər yaralandı
Ölkə04:50 12.08.2016

Şəmkirdə maşın at arabasını vurdu - 6 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Naməlum avtomobil yol ilə hərəkət edən at arabasını vuraraq hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı arabada olan 1988-ci il təvəllüdlü Mətləb Məmmədov, onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tərlan Məmmədova, övladları 6 yaşlı Uğur, 2 yaşlı Ayşən və onların qohumları 2001-ci il təvəllüdlü Aidə Məmmədova və 2007-ci il təvəllüdlü Rauf Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfərin vəziyyətinin ağır, digərinin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.Az