Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Daha sonra Ş. Bəylərqızı ifadəsində özünü təqsirli bilmədiyini deyib.
Proses sabah davam etdiriləcək.
Qeyd edək ki, Ş. Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib.
Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.