Xəbər lenti

Şəmsiyyə Bəylərqızının işi məhkəməyə göndərilib
Ölkə09:32 09.03.2013

Şəmsiyyə Bəylərqızının işi məhkəməyə göndərilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdə olan Şəmsiyyə Bəylərqızı barəsində cinayət işi üzrə materiallar baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. APA-nın məlumatına görə, cinayət işi növbəti həftə icraata veriləcək.

Qeyd edək ki, Ş. Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. 

Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib.

Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Qaynar.info