Xəbər lenti

Senat Ukrayna və İsrailə 106 milyard dollarlıq yardımla bağlı səsvermə gününü təyin etdi
Dünya 13:26 05.12.2023

Senat Ukrayna və İsrailə 106 milyard dollarlıq yardımla bağlı səsvermə gününü təyin etdi

ABŞ Senatı çoxluğunun lideri Çak Şumer prezident Co Baydenin Ukrayna, İsrail, Hind-Sakit Okean regionu və Qəzza zolağına humanitar yardım üçün əlavə 106 milyard dollarlıq yardım paketi ilə bağlı ilk prosedur səsvermənin gününü açıqlayıb. 

Qaynarinfo bu barədə "The Hill”ə istinadən xəbər verir.

Şumer bildirib ki, Ukrayna Rusiya işğalına qarşı müharibəni davam etdirmək üçün lazım olan resursları tükəndiyindən irəli getmək lazımdır.

"Mən hər bir senatoru tarixin indiki məqamında olduğumuz barədə düşünməyə çağırıram. Amerikanın milli təhlükəsizliyi bütün dünyada - Avropada, Yaxın Şərqdə və Hind-Sakit Okeanda təhdid altındadır", deyə Şumer bildirib.

Onun sözlərinə görə, maliyyələşdirmə gələcək illər üçün demokratiyanın trayektoriyasını formalaşdıra bilər. "Biz tarixi bir anı yaşayırıq”, deyə o əlavə edib.

Bununla belə, respublikaçılar qanun layihəsinə sərhəd komponenti daxil edilmədiyi təqdirdə, baxılmasının əleyhinə səs verəcəklərini bildiriblər. Resbublikaçılar Partiyasından bildirilir ki, sərhəd razılaşması qanun layihəsinə dəstək qazanmaq üçün çox vacibdir, çünki onsuz o, Palatadan keçə bilməz.

Demokratlar tərəfindən əsas danışıqçı senator Kris Mörfi jurnalistlərə bildirib ki, respublikaçılar geri çəkilməkdən imtina etdiyi üçün danışıqlar yarımçıq qalıb. 

"Məsələ necədir? Respublikaçılar ən sərt təkliflərini qəbul etməyimizi istəyirlər və oturub bu problemi həll etməkdə maraqlı deyillər", deyə Mörfi əlavə edib.

Danışıqlar sığınacaq və şərti azadlığa buraxılma müraciətlərinin azaldılmasına yönəldilib, lakin respublikaçıların fikrincə, son həftələrdə demokratlar danışıqlarda güzəştə getməkdən imtina edirlər. 

Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Milli Kəşfiyyatın direktoru Avril Haynes də daxil olmaqla yüksək administrasiya rəsmiləri çərşənbə axşamı bütün senatorları Ukraynadakı vəziyyətlə bağlı məlumatlandıracaqlar. Brifinq qapalı olacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->