Xəbər lenti

Şənbə günü temperatur 37 dərəcəyə yüksələcək, bazar günü soyuyacaq
Ölkə09:12 08.08.2019

Şənbə günü temperatur 37 dərəcəyə yüksələcək, bazar günü soyuyacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabaha havanın temperaturu bu günə nisbətən bir qədər yüksələcək və 30-32 dərəcə isti təşkil edəcək. Avqustun 10-da (şənbə günü) isə zəif cənub-şərq küləyinin üstünlüyü olacaq. Temperaturun yenidən yüksəlməsi gözlənilir”.
Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, paytaxtda maksimal temperatur 35-37 dərəcə təşkil edəcək, hava şəraiti bir qədər rütubətli olacaq.
U.Tağıyeva qeyd edib ki, bu isti hava birgünlük olacaq: "Avqustun 11-də yenidən paytaxtda şimal küləyinin güclənməsi gözlənilir. Təbii ki, belə olan halda havanın temperaturu aşağı enəcək. Son 15 il ərzində belə anoloji hava şəraiti 2010 və 2013-cü illərdə müşahidə olunub və intensiv yağış yağıb”.