Xəbər lenti

Sənədlərin DSK-ya təqdim edilməsi müddəti sabah başa çatır (SEÇKİ)
Ölkə05:30 09.01.2020

Sənədlərin DSK-ya təqdim edilməsi müddəti sabah başa çatır (SEÇKİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına (DSK) təqdim edilməsi müddəti sabah başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən başlayıb, 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edir.