Xəbər lenti

Sənədsiz ov tüfəngləri yığışdırılır
Ölkə15:21 12.12.2016

Sənədsiz ov tüfəngləri yığışdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İmişli və Tərtər sakinlərindən sənədsiz ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, İmişli rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Azər Həşimovdan müvafiq sənədləri olmayan 1 ədəd "Turanlar" və qardaşı Aynurdan 1 ədəd "BUM" markalı ov tüfəngləri götürülüb.

Həmçinin Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Mahir Eyvazov Borsunlu kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Araşdırma aparılır. 

Qaynarinfo.Az