Xəbər lenti

Sentyabr döyüşləri şəhidinin anası vəfat etdi (FOTO)
Ölkə09:48 13.07.2023

Sentyabr döyüşləri şəhidinin anası vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ilin sentyabr ayında Kəlbəcər istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş 20 yaşlı İsa Kəlbiyevin anası dünyasını dəyişib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Nəfisə Kəlbiyeva yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərində vəfat edib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İsa Kəlbiyev 13 sentyabr 2022-ci ildə şəhid olub. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.