Xəbər lenti

Separatçı rejim kəlbəcərlilərə cinayət işi açdı
Ölkə13:34 15.07.2014

Separatçı rejim kəlbəcərlilərə cinayət işi açdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağlıq Qarabağdakı separatçı rejimin “prokurorluğu” “diversant” kimi təqdim etdikləri 2 Azərbaycan vətəndaşı haqqında cinayət işi başlandığını açıqlayıb.

Qaynar.info-nun APA-ya istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Şaumyan rayonu ərazisində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları – 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərov yaxalanıb.

“News.am” saytının məlumatında iddia olunur ki, Ş. Quliyevin üzərindən “AKMS” avtomatı, “PM” tapançası, iki ədəd “F-1” qumbarası, bu silahlar üçün səsboğucular və digər sursat, D. Əsgərovun üzərindən isə “AKMS” avtomatı, “PM” tapançası, səsboğucular və digər sursat aşkarlanıb. Əməliyyat zamanı üçüncü şəxsin müqavimət göstərdiyi və öldürüldüyü xəbər verilir.       

Qaynar.info