Xəbər lenti

Sərdar Cəlaloğlu sənədlərini MSK-ya verdi
Ölkə12:44 29.08.2013

Sərdar Cəlaloğlu sənədlərini MSK-ya verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

M. Pənahov: “Bu günə kimi müşahidə missiyasını həyata keçirmək üçün 356 müraciət daxil olub”


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sənədləri təsdiq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən yığıncağında deyib.

O bildirib ki, ADP tərəfindən Məmmədov Sərdar Cəlal oğlunun sənədləri təsdiq üçün MSK-ya daxil olub. Müraciət qanuna uyğun şəkildə araşdırılaraq müvafiq qərar veriləcək.

M. Pənahov deyib ki, bu günə kimi müşahidə missiyasını həyata keçirmək üçün 356 müraciət daxil olub. Onlardan 288 nəfəri DSK-larda qeydiyyatdan keçib.


Qaynar.info