Xəbər lenti

Sərdar Əlibəylinin məhkəməsi başlayıb
Ölkə13:07 02.10.2013

Sərdar Əlibəylinin məhkəməsi başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Xətai Rayon Məhkəməsində “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Vəkil Samir İsayevin APA-ya verdiyi məlumata görə, prosesdə S. Əlibəylinin barəsində olan cinayət işinin yenidən istintaqa qaytarılması, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi və digər məsələlərlə bağlı vəsatətlər verilib. Lakin vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası isə oktyabrın 14-nə təyin edilib.
 
Qeyd edək ki, S. Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.

Qaynar.info