Xəbər lenti

Sərdar Ortaç və Yıldız Tilbedən Aygünə mahnı - VİDEO
Ölkə06:35 18.12.2013

Sərdar Ortaç və Yıldız Tilbedən Aygünə mahnı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Aygün Kazımova Türkiyənin iki məşhur müğənnisinin bəstəsini səsləndirəcək.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişində deyib. O, sənətçi Sərdar Ortaçın onun üçün iki bəstə göndərdiyini bildirib:

“Sərdar Ortaç iki mahnı göndərib, onlardan birini seçəcəyəm. Digər bəstəni isə Yıldız Tilbe mənim üçün yazıb. O da gözəl mahnıdır”.

 Hazırda İstanbulda olan xalq artisti əməliyyatdan sonra hələ də özünə gəlmədiyini etiraf edib: “Keçirtdiyim son əməliyyat ağır idi. İndi də həkimə gedir, müayinə olunuram. Heç bilməzdim ki belə ağır olacaq. Hələ də özümə gəlməmişəm”.

Qaynar.info