Xəbər lenti

Sərhəd pozucuları tutuldular
Ölkə06:44 02.10.2014

Sərhəd pozucuları tutuldular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın dövlət sərhədini pozan 50 nəfər saxlanılıb

Bu ilin sentyabrında Azərbaycanın dövlət sərhədini pozan 50 nəfər saxlanılıb.

ANS PRESS Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, sərhəd pozucularının 24 nəfəri Azərbaycan, 9 nəfəri Əfqanıstan, 8 nəfəri Özbəkistan, 3 nəfəri Moldova, 2 nəfəri İran, 2 nəfəri Ukrayna, 1 nəfəri Gürcüstan, 1 nəfəri İspaniya vətəndaşıdır.

Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 11 halda 14 nəfər, Xəzər dənizində isə 9 halda 11 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən axtarışda olan 231 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ümumiyyətlə, ay ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Qaynar.info