"Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır”.
Bunu Qaynarinfo-ya hərbi ekspert Ədalət Verdiyev Azərbaycan-Ermənistan sərhədində son vəziyyəti şərh edərkən deyib.
Ekspert bildirib ki, erməni təxribatlarına adekvat reaksiya verən bölmələrimiz tərəfindən düşmənin həm texnikaları, həm də artilleriya vasitələri məhv edilir:
"Bir neçə düşmən əsgərinin əsir götürüldüyü artıq qeyri-rəsmi olsa da, təsdiqlənir. Kifayət qədər düşmənin yaralı və məhv olan hərbi qulluqçuları barədə də məlumatlar daxil olmaqdadır. Hesab edirəm ki, Azəraycan ordusu əvvəllər olduğu kimi bu dəfə də düşmənə onun anlayacağı dildə sarsıdıcı zərbə endirmiş olacaq. Hazırda əməliyyatlar davam edir və hadisələri izləyirik”.
Bahar Rüstəmli