Xəbər lenti

Sərhəddə erməni təxribatı: Hərbi qulluqçumuz yaralandı
Ölkə15:11 31.07.2019

Sərhəddə erməni təxribatı: Hərbi qulluqçumuz yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları da­vam edir.
DSX-dən Qaynarinfo-ya verilən məlumata görə, 2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­ub. Düş­mənin atəş nöqtələri cavab atəşilə sus­durulub. 
Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.