Xəbər lenti

Sərhəddə gərginlik
Ölkə11:34 25.08.2014

Sərhəddə gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-Gürcüstan sərhədində 5 kilometr uzunluğunda avtomobil tıxacı yaranıb. 

ANS PRESS-in məlumatına görə, sərhəddə tıxac artıq 4 gündür ki, davam edir.

Bəzi avtomobillərin hətta 2 gündür ki, tıxacda qaldığı bildirilir.

Gürcüstan mətbuatının yazdığına görə, Rusiya-Gürcüstan sərhədində avtomobil yolu baş vermiş torpaq sürüşməsi səbəbindən bağlanıb. 

Gürcüstandan Rusiyaya getmək isytəyənlər məcbur olub Azərbaycan ərazisindən istifadə edirlər. 

Belə ki, həmin şəxslər Tiflis-Rustavi-Gəncə-Bakı-Maxaçqala-Qroznı-Vladiqafqaz marşurut yolundan istifadə edirlər. 

Bunun isə Azərbaycan-Gürcüstan sərhədində tıxaca səbəb olduğu bildirilir.

Gürcüstan-Rusiya sərhədinin hələ 10 günə yaxın bağlı olacağı bildirilir.

Qaynar.info