Xəbər lenti

Sərhəddə gözləyən yük avtomobillərinin sayı açıqlandı
Ölkə17:26 12.12.2023

Sərhəddə gözləyən yük avtomobillərinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Astara” gömrük postunda 230, "Biləsuvar” gömrük postunda 68, "Mazımqara” gömrük postunda 52, "Samur” və "Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var.