
Azərbaycan İran sərhədində sərhəd pozuçuları arasında baş verən atışma zamanı dünyasını dəyişən 37 yaşlı mayor Maqsud Nağıyev bu gün dəfn edilib.
O, günorta saatlarında doğulduğu Sabirabad rayon Çiçəkli kənd qəbirstanlığında xidmət etdiyi hərbi hissənin zabitlərinin iştirakı ilə torpağa tapşırılıb.
14 ildir ki, Dövlət Sərhəd Xidmətində qulluq edən zabit Naxçivanski adına hərbi məktəbi daha sonra isə ali hərbi məktəbi bitirib.
Allah rəhmət eləsin!
Qaynar.info