Xəbər lenti

Sərhədi keçmək istəyən erməni minaya düşdü
Ölkə18:53 26.04.2014

Sərhədi keçmək istəyən erməni minaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Vayots-Dzor vilayətinin (Dərələyəz mahalının) Çivə kəndinin dünən itkin düşmüş sakini Azərbaycan sərhədi yaxınlığında minaya düşüb.

Məlumata görə, 54 yaşlı Vaçaqan Poqosyanın itkin xəbəri Ermənistan müdafiə nazirliyinə aprelin 25-də saat 21:16-da daxil olub. Ailəsinin dediyinə görə, o, sahəyə gedib və geri qaytmayıb.

Hadisə yerinə əməliyyat qrupu göndərilib. Amma havanın pis olması üzündən axtarış işləri dayandırılıb.
 
Bu gün səhər başlayan axtarışlar nəticəsində isə Vaçaqan Poqosyanın minaya düşdüyü aşkar edilib. /ANS/