Xəbər lenti

Sərhədi pozan 3 əcnəbi və onlara kömək edən azərbaycanlı saxlanıldı
Ölkə06:40 03.11.2018

Sərhədi pozan 3 əcnəbi və onlara kömək edən azərbaycanlı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayo­nunun Biləsuvar kəndinin ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sər­həd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar ra­yonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəh­rəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıblar.
R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir ne­çə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumu­nun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəy­­yən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İs­lam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.