Xəbər lenti

Sərhədlər bağlanandan sonra 100 min insan müalicəsiz qalıb - Ekspert
Ölkə06:58 19.06.2020

Sərhədlər bağlanandan sonra 100 min insan müalicəsiz qalıb - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"100 min insan müalicəsiz qalıb”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, 4 aydır ki, bu insanlar müalicə olunmur:
"Rəsmi məlumata görə, hər il 300 minə yaxın Azərbaycan vətəndaşı müalicə üçün İrana, Türkiyəyə, Rusiyaya, Gürcüstana və Avropanın müxtəlif ölkələrinə səfər edirlər. Mart ayından başlayaraq bütün sərhədlər bağlanıb və bu şəxslər xaricə gedə bilmirlər. 
Nəzərə almaq lazımdır ki, bunların içində mütəmadi müalicə alanlar da var. İndi orta hesabla bu qədər şəxs öz xəstəxanalarımıza üz tutmalıdır. Sərhədlərin bağlanmasından 4 aya yaxın vaxt keçib. Deməli, bu müddətdə 100 min insan müalicəsiz qalıb”.
Samir Əliyev qeyd edib ki, həmin şəxslərin ölkə xəstəxanalarına üz tutması səhiyyə sistemini bərbad hala gətirib çıxara bilər.
Bahar Rüstəmli