Xəbər lenti

“Sərhədsiz Reportyorlar” Qənimət Zahidin qohumlarının həbsini pislədi
Ölkə07:55 23.07.2015

“Sərhədsiz Reportyorlar” Qənimət Zahidin qohumlarının həbsini pislədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Sərhədsiz Reportyorlar” təşkilatı müxalif “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarına qarşı təzyiqlərlə bağlı bəyanat yayıb.

Azadliq.info-nun məlumatına görə, bəyanatda deyilir ki, Qənimət Zahid 2011-ci ildə ailəsinə olan təzyiqlərə görə Fransaya köçmək məcburiyyətində qalıb. İndi isə onun Azərbaycanda yaşayan yaxın qohumalrına qarşı təqiblərə başlayıblar.

Vurğulanır ki, söhbət Zahidovlar familiyasından gedir. Jurnalistin anasının yaşadığı Şamaxı rayonunun Meysəri kəndindəki ev müşahidə altına salınıb, polis onun başqa qohumlarına qarşı təqib kampaniyasına başlayıb. Qənimət Zahidin qardaşı oğlu Tural Zahidov iyulun 18-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə polis şöbəsinə gətirilib və ona 30 sutka cəza verilib. Onun əmisi oğlu Rövşən Zahidov da iki gün sonra həbs edilib. Rövşənə 25 sutka inzibati həbs cəzası verilib. Rüfət isə AR CM-nin 234.1.1 maddəsi ilə ittiham edilərək 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə təhlükəsi altında həbsə alınıb.

Qənimət Zahidin, ən azı, başqa bir qardaşı oğlu da axtarışda hesab edilir. Onun həbs edilən və edilməyən qohumlarının heç biri nə jurnalistika, nə də siyasi fəaliyyətlə məşğuldur.

Qənimət Zahidin özü isə bildirib ki, bu həbslər onun jurnalist fəaliyyətini dayandırması üçün hədə-qorxudur. Lakin o, bütün bunlara baxmayaraq, müxalif mövqeyində qalacaq və fəaliyyətini davam etdirəcək.

Qaynar.info