Xəbər lenti

Sərnişin avtobusu ilə toqquşan yük maşınının sürücüsü tutuldu
Ölkə06:20 13.10.2021

Sərnişin avtobusu ilə toqquşan yük maşınının sürücüsü tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aeroport yolunda sərnişin avtobusu ilə toqquşan yük maşınının sürücüsü saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
A. Əsgərlinin sözlərinə görə, 99 DH 343 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü, Qobustan sakini, 12.04.2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu qəza ilə əlaqədar tutulub.
Araşdırmalar davam edir.