Xəbər lenti

Sərnişin avtobusu piyadanı vurdu
Ölkə12:00 06.07.2013

Sərnişin avtobusu piyadanı vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib. 

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 22.00 radələrində Səbail rayonu Salyan yolu küçəsində Xırdalan şəhər sakini Əsgər Məmmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən 65-70 yaşlı kişini vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.