
Bakı şəhəri, Xəzər rayonunda “İVECO” markalı avtobusla “Renault” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Qaynarinfo.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qaynarinfo.Az