
Bakı-Qazax yolunda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hacıqabulun Qarasu kəndi ərazisində baş verib.
Rayon ərazisində hərəkət edən avtobus “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 5-i ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info