
Xaçmaz-Bakı marşrutu üzrə sərnişin avtobusu su maşını ilə toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Xaçmazın Ağalıq kəndində baş verib. Qəza nəticəsində sərnişin avtobusunda olan 17 nəfərdən 7-si yaralanıb. Hadisəyə səbəb su maşınının sərnişin avtobusunun qarşısına çıxması göstərilir.
Qaynar.info