Xəbər lenti

Sərnişin avtobusu yük maşınına çırpıldı, yaralılar var
Ölkə12:09 26.04.2013

Sərnişin avtobusu yük maşınına çırpıldı, yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəza nəticəsində avtobusda sərnişinlərdən bir neçəsi yaralanıb

Bu gün saat 15:50 radələrində Bakının Binəqədi rayon ərazisində daha bir avtobus qəzası baş verib. Hadisə şahidlərinn Anspress-ə verdikləri məlumata görə, Balaxanı-Novxanı yoluna, 4 yolun ayrıcında 123 saylı avtobusla “Kamaz” markalı yük maşını toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlərdən bir neçəsinin yaralandığı bildirilib.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, polis əməkdaşları qəza olan əraziyə göndərilib. Hələlik ətraflı məlumat verilməyib./anspress/