
Azərbaycanda maşının çaya düşməsi nəticəsində bir nəfər ölüb, xeyli şəxs yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qəbələ rayonunun Yenikənd kəndi ərazisində qeydə alınıb. Kənd sakini Eyvaz Məmmədov içərisində çoxlu sərnişin olan «QAZ-53» markalı avtomaşını idarə edərkən onu Qaraçay çayına aşırıb. Nəticədə maşında olan sərnişinlərdən Hikmət İsmayılov hadisə yerində ölüb. Xəsarət alan daha bir neçə nəfər sərnişin isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.