Xəbər lenti

Sərnişin öldü, sürücü və digər sərnişinlər hadisə yerindən qaçdı
Ölkə07:20 03.05.2015

Sərnişin öldü, sürücü və digər sərnişinlər hadisə yerindən qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə mayın 3-də saat 6 radələrində şəhərin Totanlı küçəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələ ki, müəyyənləşməyən “VAZ- 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı divara çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlərdən biri, 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini, Məhəmməd Seyidəli oğlu Əzizov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Sürücü və avtomobildə olan digər sərnişinlər isə hadisə yerindən qaçıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 
Qaynar.info