Xəbər lenti

Sərsəng su anbarından siyasi təhdid vasitəsi kimi istifadə olunur
Ölkə16:10 23.12.2017

Sərsəng su anbarından siyasi təhdid vasitəsi kimi istifadə olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından siyasi təhdid vasitəsi kimi istifadə olunur.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun (QSTSİ) rəhbəri Nidal Salimlə görüşdə deyib.
Q.Hüseynov bildirib ki, ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur:
"Erməni təcavüzü nəticəsində işğal altında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində narahatlığını ifadə edib".