Xəbər lenti

Sərt karantin günlərində dializ xəstələrinə yardım ediləcək
Ölkə14:01 12.06.2020

Sərt karantin günlərində dializ xəstələrinə yardım ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünəndən etibarən sərt karantin günlərində fəaliyyət üçün 210 minə yaxın şəxs icazə alıb.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, sərt karantin günlərində dializə getmək üçün 108 Çağrı Mərkəzinə müraciət edilmədidir. Onları könüllülər nəqliyyat vasitəsi ilə müvafiq tibb müəssisəsinə çatdıracaq:
"972 nəfərlik dializ alan şəxslərin siyahı hazırlanıb. Hər biri ilə danışılıb. Onlardan hansıların nəqliyyat vasitəsi varsa özləri gedəcək, digərlərini isə ASAN-ın könüllüləri dializə aparacaq və evlərinə geri qaytaracaq".