Xəbər lenti

Sertifikasiyadan kəsilən müəllimlər məhkəməyə üz tutdu
Ölkə 10:34 03.09.2025

Sertifikasiyadan kəsilən müəllimlər məhkəməyə üz tutdu

Bu ilin iyun ayında keçirilən müəllimlərin səkrar sertifikasiyası imtahanında iştirak edən bir qrup müəllim məhkəməyə üz tutub.

Modern.az-ın əldə etdiyi məlumata görə, imtahandan kəsilən və buna görə işdən çıxarılan 10-a yaxın müəllim Bakı İnzibati Məhkəməsinə müraciət ediblər.

Ölkənin müxtəlif regionlarından olan müəllimlər Elm və Təhsil Nazirliyindən, həmçinin regional təhsil idarələrindən işə bərpa edilməyi tələb ediblər.

Bakı İnzibati Məhkəməsi işləri icraata qəbul etsə də, şikayətləri aiddiyatı üzrə müvafiq rayon və şəhər məhkəmələrinə göndərib. 
Ətraflı

Beləliklə, sertifikasiyadan kəsilən müəllimlərin şikayətinə aidiyyatı bölgələrin məhkəmələrində baxılacaq.

Xatırladaq ki, iyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. 

Eyni zamanda imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->