Xəbər lenti

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları açıqlandı
Ölkə07:01 07.09.2022

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
Bu barədə Qaynarinfo-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.