Xəbər lenti

“Şərurlu İsfəndiyar” istintaqa çağırıldı - “MTN işi”nə görə?
Ölkə07:50 02.04.2016

“Şərurlu İsfəndiyar” istintaqa çağırıldı - “MTN işi”nə görə?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Şərurlu Isfəndiyar” kimi tikinti maqnatı Isfəndiyar Axundov Ağır Cinayətlərə Dair Istintaq Idarəsinə çağırılıb.

Qaynar.info azadliq.info-ya istinadən xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Isfəndiyar Axundov martın 31-də orada olub. Iş adamının Ağır Cinayətlərə Dair Istintaq Idarəsinə hansı işlə bağlı və nə qismdə çağırıldığı barədə bilgimiz yoxdur.

Lakin belə iddialar var ki, o, “MTN işi”nə görə dindirilib. Qeyd edək ki, “Şərurlu Isfəndiyar”ın da keçmiş MTN şefi Eldar Mahmudov və dəstəsinin hədəfinə gələn iş adamlarından biri olduğu barədə məlumatlar var. 

Qaynar.info