Xəbər lenti

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy etdi (FOTO)
Ölkə09:34 31.03.2018

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov paytaxtda yerləşən dəbdəbəli restoranında oğlu Tanrıverdi Axundova toy edib. 
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, toyda tanınmış insanlar, məmurlar, iş adamları iştirak edib.
Toyun aparıcılığını əməkdar artist Abbas Bağırov edib. 
Toyda iştirak edən müğənnilər arasında Mətanət İsgəndərli, Rəhim Rəhimli və Miri Yusif də olub. 
Xatırladaq ki, tanınmış iş adamı İsfəndiyar Axundovun Allahverdi və Tanrıverdi adlı əkiz oğulları var. ”Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı bir müddət öncə oğullarının sürdüyü bahalı maşınlarla da ölkə mediasının gündəminə gəlmişdi.