Xəbər lenti

Şərurlu İsfəndiyarın yaxın qohumu cinayət törətdi
Ölkə19:30 15.03.2013

Şərurlu İsfəndiyarın yaxın qohumu cinayət törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

15 mart saat 22 radələrində "Şərurlu İsfəndiyar" adlanan tanınmış oliqarxın Orxan adlı yaxın qohumu (bəzi məlumatlara görə qardashi ogludur) Mahir adli polis zabitini biçaqlayıb. 

Hadisənin baş verməsinə şahid olan mənbə deyib ki, olay Binəqədidə yerləşən "Təbriz" MTK-ya məxsus (Sahibi İsfəndiyar Axundovdur) yaşayış binasında baş verib. 

"Polisi xəstəxanaya, Orxanı 5-ci polis bölməsinə apardılar", deyə hadisə şahidi məlumat verib. Cinayətin motivu barədə məlumat verilmir.

Hadisə isti-isti olduğundan, cinayət törədənin və zərərçəkənin soyadlarını dəqiqləşdirə bilmədik. /musavat.com/