
Rusiyada təşkil olunan dağ motosikleti yarışında olduqca maraqlı anlar yaşanıb.
Qaynarinfo.az atv.az-a istinadən bildirir ki, yarış iştirakçılarının birincilik uğrunda gərgin mübarizə apardığı bir vaxt yarışın keçirildiyi ərazidə peyda olan avtomobilin sürücüsü motosikletdəki idmançıya hücum edib. Onu vuraraq motosikletdən yerə yıxan şəxs hücumlarını davam etdirib. Amma bu dəfə ard-arda zərbələr alan avtomobilin sürücüsü geri çəkilməli olub. Onu yaxşıca döyən motosiklet sürücüsü ətrafdakıların xahişindən sonra rəqibini buraxmaq qərarına gəlib. Məlum olub ki, yarışın keçirildiyi əraziyə daxil olan avtomobilin sürücüsü sərxoşdur və elə ona görə də belə hərəkətlərə yol verib.
Qaynarinfo.az