Xəbər lenti

Sərxoş kişi Şəhidlər Xiyabanına hücum etdi - VİDEO
Ölkə16:59 02.02.2015

Sərxoş kişi Şəhidlər Xiyabanına hücum etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda sərxoş şəxs Şəhidlər Xiyabanında işıq plafonlarını sındırıb. Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, fevralın 2-də gecə saatlarında naməlum şəxs və ya şəxslər xiyabanın hasarının üzərinə yerləşdirilən 10-a yaxın işıq və planfonı sındıraraq tam yararsız hala salıblar. 
Şəhidlər xiyabanın ərazisində yerləşən məscidin axundu hadisədən xəbər tutan kimi  hüquq mühafizə orqanlarına məlumat verib. Tovuz rayon Polis Şöbəsindən bildirilib ki, hadisəni tüfeyli həyat tərzi keçirən sərxoş rayon sakini törədib və hazırda onun saxlanılması istiqamətində iş aparılır.
Gecə qırılan plafonlar bu gün bərpa edilib.
Qaynar.info