Xəbər lenti

Sərxoş sürücü Bakının mərkəzində şok yaşatdı
Ölkə16:50 26.03.2016

Sərxoş sürücü Bakının mərkəzində şok yaşatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Səbail rayonunun Parlament prospektində yol-nəqliyyat hadisəsi baş verib. 
ANS PRESS-in məlumatına görə, yüksək sürətlə hərəkətdə olan “Honda” markall  avtomobili idarə etməni itirərək dairəyə çırpılıb.
Hadisə
Zərbənin gücündən avtomobil dairəni aşaraq digər iki avtomobilə çırpılıb. Məlum olub ki, “Honda” markallı  avtomobilinin sürücü Daşqın adlı şəxs sərxoşdur. O, əlində spirtli içki ilə avtomobilindən düşərək sərxoş olmadığını deyb. Özünü idarə edə bilməyən sürücü avtomobilidə idarə edə bilmədiyindən xəstəxanaya aparılıb.
Şahidlərin verdiyi məlumata görə, son anda piyada səkisində olan xarici qonaqlar da polislərin köməyi ilə ərazidən çıxarılıb. Əks təqdirdə isə qəzanın ölümlə nəticələnəciyi qaçılmaz idi.
Analoji qəza hadisəsi fevralın 27-də Parlament prospektində baş verib. Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi “Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurub. Nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N. Hüseynovanın müalicəsi isə davam etdirilir.
Faktla bağlı  Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qaynar.info