Xəbər lenti

Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı (VİDEO)
Video 09:15 12.08.2025

Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı (VİDEO)

Xəbər verdiyimiz kimi, Ucarda Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılan direktor Emin Orucov işdən çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, bununla da kənddə fəaliyyət göstərən yeganə uşaq bağçasının da fəaliyyəti məhdudlaşdırılıb.

Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.

Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandırılmasını düzgün hesab etmirlər.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən körpələr evi-uşaq bağçasının davamiyyət göstəricilərinin uzun müddət aşağı olması, bu ilin iyun-iyul aylarında, ümumiyyətlə, davamiyyətin olmaması nəzərə alınaraq müəssisənin fəaliyyətinin tənzimlənməsi zərurəti yaranıb:

"Yeni tədris ilindən etibarən kənd sakinlərinin məktəbəqədər təhsil ehtiyaclarının daha keyfiyyətli və səmərəli təmin olunması məqsədilə aidiyyəti qurumlarla zəruri müzakirə və təhlillər aparılır”.

Ətraflı "Xəzər Xəbər”in videomaterialında:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->