Xəbər lenti

Sevil Nuriyeva Türkiyədəki hadisələrə görə ağladı - VİDEO
Ölkə10:10 29.07.2016

Sevil Nuriyeva Türkiyədəki hadisələrə görə ağladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı jurnalist, teleaparıcı Sevil Nuriyeva Türkiyədə Kanal 24-də qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, S. Nuriyeva 15 iyul tarixində Türkiyədə baş verən “çevirilişə cəhd” hadisələrindən danışıb.

Teleaparıcı dövlətə xəyanət edən şəxslərin, ordunu gözdə salanların yox olmasını istəyib. Daha sonra aparıcı göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, Sevil NuriyevaTürkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır.

O, “Güzgü”, “Nəzər Nöqtəsi”, "Divan”, “Zərif çərşənbə”, kimi bir sıra proqramların müəllifi və aparıcısı olub.

Qaynarinfo.Az