Xəbər lenti

Sevinc Babayevanın oğlu: “Anamı məzara o göndərib...”
Ölkə08:58 28.09.2013

Sevinc Babayevanın oğlu: “Anamı məzara o göndərib...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ayxan Məmmədov: “Gülər Əhmədovanın məhkəməsində iştirak edəcəm”

“Gülərgeyt qalmaqalı”nın əsas fiqurlarından olan, ötən ilin 26 dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın məhkəməsində iştirak edəcək.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında A.Məmmədov bildirdi. Onun sözlərinə görə, hazırda istintaq orqanları ilə əlaqə saxlayıb, cinayət işinin materialları ilə tanış olmaq istəyir. Hələlik onun müraciətlərinə cavab verilmir.

Müsahibimiz zərərçəkən və hüquqi varis olduğu üçün bir çox hüquqi haqları olmasının fərqindədir. Amma prosesdə vəkilsiz iştirak edəcəyini dedi. 

Bu arada müsahibimiz Səlcuq Ağlayanın ABU-nun sabiq rektoru Elşad Abdullayevi ittiham edən “bir qadını məzara, o birini türməyə göndərdi, gəlib hesab versin” açıqlamasına da münasibət bildirdi. 

Onun sözlərinə görə, bu qalmaqalda günahkar Elşad Abdullayev deyil: “Elşad Abdullayev aldadılmış adamdır. Anamı da, onu da Gülər Əhmədova aldadıb. Anamı da məzara göndərən Elşad Abdullayev olmayıb, Gülər Əhmədova olub. Bu qadın öncə onu aldadıb, sonra ölkədən çıxarıb, axırda da ölümünə bais olub”.

Qaynar.info