Xəbər lenti

Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı qərar
Ölkə07:00 12.06.2024

Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məhkəmə "Abzas Media”nın direktoru Ülvi Həsənli barəsində qərar qəbul edib.
"Report" xəbər verir ki, Xətai Rayon Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında onun barəsində olan həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.
Ü.Həsənli ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.
Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı barəsində də olan həbs qətimkan tədbiri daha üç ay müddətinə uzadılıb.
Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.