Xəbər lenti

Sexdə təkər partladı: ölən var
Ölkə05:24 28.09.2013

Sexdə təkər partladı: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərinin Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mehdiabad qəsəbəsində yerləşən sexdə çilingər işləyən 1985-ci il təvəllüdlü Hüseynov Vüsal Şamil oğlu təmir işi ilə məşğul olarkən təkər partlayıb. Nəticədə 28 yaşlı oğlan baş nahiyəsindən ağır xəsarət alıb və hadisə yerindəcə keçinib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Qaynar.info