Xəbər lenti

Şəxsiyyət vəsiqələri istirahət günlərində də veriləcək
Ölkə06:49 24.10.2013

Şəxsiyyət vəsiqələri istirahət günlərində də veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, fərmana əsasən Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də şəxsiyyət vəsiqəsinin verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə şəxsiyyət vəsiqəsi verən yerli orqanları üçün optimal iş qrafikini təsdiq edəcək və bu barədə prezidentə məlumat verəcək.

Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qaynar.info